21 avqust 2013 00:01

Sumqayıt - Qəbələ matçının mübahisəyə ehtiyacı olmayan epizodları (VİDEO)

“Xəzər Lənkəran”, “Neftçi” və “İnter”in ardınca daha bir klub Topaz Premyer Liqasının son turundakı hakim idarəçiliyi ilə bağlı narazılığını açıqlayıb. Azerisport.az xəbər verir ki, “Qəbələ”nin rəsmi saytı vasitəsilə yaydığı açıqlamada bunlar qeyd edilib:
 
“19.08.2013 tarixində Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilən “Sumqayıt” -  “Qəbələ” matçının hakimlər briqadasının qərəzli idarəçiliyi sayəsində komandamız çempionatda ilk məğlubiyyətini aldı. “Qəbələ” İdman Klubu olaraq, bəyan edirik ki, klubumuz çempionatda medallar uğrunda deyil, hər şeydən öncə şəffaflıq uğrunda mübarizə aparacaq. Amma Azərbaycan futboluna zərrə qədər xeyri dəyməyən Rəhim Həsənov, Orxan Məmmədov, Rövşən Acalov kimi “hakimlər”in nə haqqı var ki, bu ölkədə futbolun şəffaflığı və inkişafı üçün milyonlar xərcləyən insanların əziyyətini hər vəchlə yerə vursunlar. Özü də bu hadisələr – “Sumqayıt”ın qapısına 2 penaltinin verilməməsi, 2 tura cəmi 1 sarı vərəqə alan “Qəbələ”nin oyunçularının hər qayda pozuntusuna sarı vərəqə göstərilməsi, rəqibin isə ən kobud “cərimələri”nə göz yumması - matçı tribunadan izləyən AFFA Baş katibi Elxan Məmmədovun gözü qarşısında baş verir. Daim imkanlı şəxsləri, böyük şirkətləri futbola cəlb etməyin vacibliyi vurğulanır. Sizcə hansı imkanlı şəxs, böyük şirkətin rəhbəri futbol biliyi şübhə altında olan orxanların, rəhimlərin öz hissiyatı, ləyaqəti ilə oynamasına razı olar?
 
Peşəkar Futbol Liqasının, Hakimlər Komitəsinin daim müdafiə etdiyi, səhvlərini təcrübəsizliklə əlaqələndirdikləri bu gənc hakimlərin bizim onlara inamımıza, dəstəyimizə baxmayaraq, heç də deyildiyi qədər “ədalətli”, “təmiz” və “perspektivli” olmadıqlarına, “təcrübəsiz gənclər”in artıq sifarişlər üçün hazır olduqlarına siz də şahid olun.
 
1. Bu epizodu hakim oyundankənar vəziyyət kimi dəyərləndirir. Halbuki topun ötürüldüyü anda Viktor Mendinin müdafiəçidən arxada olduğu açıq aşkar görünür. Epizod yan xətt hakimi Rövşən Acalovun çoxsaylı qərəzli qərarlarından biridir.
 
 
2. Şərhə ehtiyacı olmayan epizod...
 
 
3. Epizodda "Sumqayıt"ın 5 nömrəli futbolçusu Kərim Diniyevin "Qəbələ"nin 9 nömrəli futbolçusu Viktor Mendini cərimə meydançası daxilində yıxdığı aydın şəkildə görünür. Maraqlıdır, görəsən bu epizodda belə hakimin qərarına necə haqq qazandıracaqlar?
 
 
4. Epizodlarda "Sumqayıt"lı futbolçuların açıq şəkildə əllə oynadığı görünür. Hakimin fiti isə bir çox bənzər epizodda olduğu kimi yenə susur. Görüntüdə yer alan ikinci epizodun davamında referi rəqib futbolçunun qayda pozuntusuna göz yumur, əsəblərini cilovlaya bilməyən Lorenzo Ebesilio da Vladimir Levin, Leonardo da Silva kimi hakim təxribatının qurbanı olur.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.