20 avqust 2013 11:26

İnter daha bir hücumçu ilə güclənir

Avropa Liqasındakı uğursuzluğun ardından Topaz Premyer Liqasının yeni mövsümündə də işləri yaxşı getməyən “İnter” transfer pəncərəsi bağlanana qədər heyətini iki futbolçu ilə gücləndirməyə qərar verib. Azerisport.az xəbər verir ki, artıq “bankirlər”in almaq istədiyi bir futbolçunun kimliyi bəllidi.
 
Bu, makedoniyalı hücumçu İlço Naumovskidi. O, artıq ölkəmizə gəlib. 30 yaşlı futbolçu yaxın günlərdə tibbi müayinədən keçəcək və onunla rəsmi müqavilə bağlanacaq. Klubdan aldığımız məlumata görə, tərəflər bir illik müqavilə ilə bağlı razılığa gəliblər.

Qeyd edək ki, Naumoskinin son iş yeri Avstriyanın “Mattersburg” klubu olub. 2005-ci ildən bu komandada çıxış edən forvard 197 oyunda 46 qol vurub. O, əvvəllər Avstriyanın “Grazer AK”, Türkiyənin “Malatyaspor” və İtaliyanın “Cataniya” klublarında çıxış edib. Amma İlçonun İtaliya karyerası uğursuz alınıb. Belə ki, o, “Cataniya”nın əsas heyətində debüt edə bilməyib.
 
Naumoski Makedoniya milli komandasının üzvüdü. 2003-cü ildən komandaya çağırılan futbolçu 45 oyunda 9 qola imza atıb.
 
“İnter” Naumovski ilə yanaşı daha bir futbolçu ilə danışıqlar aparır. Amma həmin futbolçunun adı hələlik açıqlanmır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.