21 avqust 2013 00:26

Armin Fe: Bizi Bakıda ancaq qələbə qane edəcək

Avropa Liqasınnı pley-off mərhələsi çərçivəsində “Qarabağ”ın rəqibi olan Almaniyanın “Eintracht” klubunun baş məşqçisi Armin Fe yerli mətbuata müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Bundesliqanın son turunda “Bayern”ə məğlub oldunuz - 0:1. Statdakı uğursuzluq “Qarabağ”la oyunda da komandanıza təsir göstərməyəcək ki?
- Komandamda peşəkarlar çıxış edirlər. Ona görə düşünmürəm ki, bu məğlubiyyət növbəti oyunumuza təsir göstərsin. Biz artıq azərbaycanlılarla oyuna köklənmişik. Kiçik fasilədən sonra rəqibi analiz etməyə başlamışıq. Bakıda bizi çətin oyun gözləyir. Çünki “Qarabağ” bizim üçün tanış olmayan rəqibdi.

- Rəqib barədə nə öyrənə bilmisiz?
- Hazırda “Qarabağ” ölkəsinin ən güclü komandasıdı. Onlar milli çempionata da uğurlu başlayıblar. Komandanın son transferləri isə ümidləri doğrultmaqdadı. Heyətlərində təxminən 7-8 legioner futbolçu var. “Qarabağ”ın İsveç “Gefle”si ilə oyunlarına baxmışam. Amma digər oyunlara da baxmalıyıq. Rəqibimiz kifayət qədər yaxşı komandadı. İstənilən halda “Eintracht”ı ancaq qələbə qane edəcək.
 
- Səfər matçı sizin üçün nə dərəcədə çətin keçə bilər?
- Bir neçə il öncə Almaniya yığması Bakıda Azərbaycan yığmasını məğlub etmişdi. Amma klub və yığma komandalar tamamilə fərqli kollektivlərdi. “Qarabağ”a yaxşı azarkeş dəstəyi də olacaq. Eyni zamanda Azərbaycan paytaxtında bizi necə hava gözlədiyini də bilirik. Lakin bütün bunlar bizə problem yaratmamalıdı. Dolu tribunalar qarşısında oynamaq əksinə faydalı olur.
 
- Komandanız cütün favoriti hesab olunur...
- Bu cütün favoritinin olduğunu düşünmürəm. Çox şeyə ilk oyun aydınlıq gətirəcək. Biz qələbə istəyirik. Amma rəqibin dəqiq necə futbol oynadığını bilmirik. Necə də olmasa, videoyazı ilə canlı oyunu zləmək arasında fərq böyükdü.
 
- Komandanızın da rəqb meydanında xeyli azarkeşi olacaq...
- Bəli, bundan xəbərim var. Eyni zamanda yəqin ki, Azərbaycanda yaşayn almanlar da bizi yalnız qoymayacaqlar. Biz onların dəstəyini hiss edəcəyik. Bakıda qazanacağımız uğur Bundesliqanın ilk iki turundakı uğursuzluqları unutmağımıza kömək edə blər. Başa düşürük ki, çempionata o qədər də yaxşı başlamamışıq. Amma ilk oyunlar həmişə belə çətin olur. Zamanla biz də özümüzə gələcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.