20 avqust 2013 13:03
Simurqun futbolçusuna bir oyunluq cəza!
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 3-cü turunun oyunları ilə bağlı cəmi bir qərar çıxarılıb:
“Neftçi” – “Simurq” matçının 76-cı dəqiqəsində “Simurq”un futbolçusu İlqar Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
