21 avqust 2013 00:38
Eintrachtı Qarabağ ilə ilk oyunda 1000 azarkeş dəstəkləyəcək
Almaniyanın “Eintracht” klubunu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”la ilk oyunda dəstəkləyəcək azarkeşlərin sayı getdikcə çoxalır. Azerisport.az xəbər verir ki, son günlərə qədər Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu cəmi 500 almaniyalı tərəfdarın izləyəcəyi gözlənilirdi.
Amma Frankfurt təmsilçisinin direktoru Heribert Brukaqen “Qarabağ”la oyunda onları təxminən 1000 tərəfdarın dəstəkləyəcəyini bəyan edib: “Bundesliqadakı uğursuzluqlara baxmayaraq, “Eintracht” tərəfdarları Bakıdakı oyuna böyük maraq göstərirlər. 30 min azarkeş tutumuna malik stadionda 1000 almaniyalı tərəfdarımız da olacaq”.
Qeyd edək ki, “Qarabağ” – “Eintracht” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
