21 avqust 2013 00:54

“Qarabağ Eintrachtın indiki durumundan yararlanmağa çalışmalıdı”

“Kəpəz”in sabiq baş məşqçisi Mahmud Qurbanov “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın “Eintracht” klubu ilə oyunlardakı şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:

“Eintracht” Bundesliqadakı ilk iki oyununda məğlub olub. Mənə elə gəlir ki, komandadakı atmosfer bir o qədər də yaxşı deyil. Yəqin ki, bu uğursuzluqlar rəqib komanda üzərində müəyyən təzyiq də yaradır. “Qarabağ” da məhz bundan yararlanmağa çalışmalıdı. “Eintracht” “Qarabağ”ın bir neçə il öncə üz-üzə gəldiyi Dortmund “Borussia”sı qədər güclü komanda deyil. İlk oyun böyük əhəmiyyət kəsb edir. Qələbə qazanmaq, eyni zamanda qol buraxmamaq çox vacibdi. “Qarabağ” ələ düşən qol vəziyyətlərindən maksimum yararlansa, qollar vursa, çox yaxşı olar. Mənim üçün hətta 0:0 da yaxşı nəticə sayılacaq. Belə olan halda “Qarabağ” rəqib meydanında əks-hücum futbolu ilə uğur qazana bilər”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.