21 avqust 2013 01:15
Yuri Syomin: Qarabağın almanlarla oyunu Azərbaycan futbolu üçün yaxşı test olacaq
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Azərbaycan çempionatı ilə bağlı düşüncələrini paylaşıb. Azerisport.az xəbər verir ki, rusiyalı mütəxəssis bunları dilə gətirib:
“Mənim üçün burda demək olar ki, süpriz qalmayıb. İstənilən çempionatda olduğu kimi, Azərbaycan Premyer Liqasında da 3-4 güclü klub var ki, çempionluq uğrunda mübarizə aparacaq. Şübhəsiz ki, “Qəbələ” də onlardan biri olacaq. “Qarabağ”ın Avropa Liqasında Almaniya “Eintracht”ı ilə oyunlarına diqqət yetirərsiz. Bu, Azərbaycan futbolu üçün çox yaxşı test olacaq. Fikrimcə, “Qarabağ” duruş gətirə biləcək. Çox yaxşı komandadı”.

Syomin həmçinin Topaz Premyer Liqasının 3-cü turunun “Sumqayıt”la oyunundakı hakimliyə də toxunub: “Yüngül desək, hakimlik daha yaxşı ola bilərdi. Bu üzdən azarkeşlərimiz də etiraz aksiyası keçirməyə qərar verdilər. Bütövlükdə, biz mövsümə yaxşı başlamışıq. Son oyunumuz zamanı çox isti vardı. Meydançanın durumu da yaxşı deyildi. Bir sözlə, çətinliklər çox idi. Amma bütün bunlar bəraət hesab oluna bilməz. Biz həqiqətən yaxşı oynamadıq”.