20 avqust 2013 13:27

Aleksandr Çertoqanov: Qəbələ ilə oyunda qalib gəlməyimizi çox istəyirdim

“Sumqayıt”ın yarımmüdafiəçisi Aleksandr Çertoqanovun azerisport.az saytına müsahibəsi
 
- Deyilənə görə, “Sumqayıt” mövsümdəki ilk qələbəsinə elə sevinirmiş ki, sanki “Barcelona”ya qalib gəlib...
- (gülür) Daha o cür sevinmirdik. Amma qələbə qazandığımız üçün sevinirdik. Qələbə hər zaman xoşdu. Özü də bizi bu oyunda dəstəkləməyə xeyli azarkeş gəlmişdi. Şadıq ki, onları məyus etmədik.
 
- Gözlənilməz qələbə qazandınız. Siz də belə düşünmürsüz?
- Əlbəttə, “Qəbələ” bu görüşün favoriti idi. Amma biz də oyuna çox yaxşı köklənmişdik. İtiriləsi heç nəyimiz yox idi. Bizdə hər şey yaxşı alındı. Ola bilər ki, bəzi epizodlarda bəxtimiz də gətirdi. Gənc heyətimiz var. Müəyyən mənada bu qələbəni sensasion da saymaq olar. Çünki “Sumqayıt”la “Qəbələ”nin büdcəsi müqayisəolunmazdı.
 
- Amma dünən “Qəbələ”yə həmin pullar yardımçı olmadı...
- Bu, futbolda əsas deyil. Rəqibimiz bizi heyətindəki futbolçu seçiminə görə üstələyirdi. Amma biz bir daha sübut etdik ki, nə pul, nə də adlı-sanlı oyunçuların olması meydanda hər şeyi həll etmir.
 
- Sizinlə Anar Nəzirov üçün bu oyun xüsusi əhəmiyyət kəsb edirdi. Çünki hər ikiniz son mövsümü “Qəbələ”də keçirmişdiniz...
- Mən “Qəbələ”də iki normal mövsüm keçirdim. Komanda yoldaşlarım, azarkeşlər mənə hörmət edirdilər. Amma gedişim o qədər də yaxşı olmadı. Şəxsən mənimlə insani baxımdan düzgün davranmadılar. Konkret şəkildə üzümə heç bir söz demədilər.
 
- Bu qələbə yerinə düşdü?
- Mən bu qələbə ilə kimlərəsə mesaj göndərmək fikrində deyiləm. Amma bu komanda üzərində qələbə qazanmağı çox istəyirdim. Eyni zamanda “Qəbələ”də keçirdiyim iki mövsümə görə də bu komandaya minnətdaram. Onlar üzərində qələbəni isə mən tək qazanmamışam. Buna bütün komanda nail olub.
 
- “Sumqayıt” “Qarabağ”a darmadağınla uduzur, “Qəbələ”yə qalib gəlir. Gələcəkdə necə olacaq?
- Ümid edirəm ki, bu, bizim sonuncu sürprizimiz olmayacaq. Üç gün sonra bizi AZAL ilə oyun gözləyir. Ciddi komandadı. Yaxşı hazırlaşmalıyıq.
 
- Komanda yoldaşınız Vüqar Əsgərov “Sumqayıt”dakı ikinci oyunundan sonra milliyə dəvət olundu. Amma siz yox...
- Yığmada olmaq həmişə xoşdu. Klubumda oynamağa, özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. Məşqçilər baxırlar. Lazım bilsələr, dəvət edərlər.
 
- Sizcə, milliyə niyə dəvət almırsız? Olmaya, milliləşdirilmiş futbolçulardan imtina olunmağa başlayıb?
- Ötən mövsüm mənim zədəm var. Həm də yəqin ki, məşqçilər daha gənc futbolçulara üstünlük verməyə başlayıblar. Mənimsə 33 yaşım var və yığmada az oyun keçirməmişəm. Amma mümkündü ki, başqa səbəblər də var. Legioner amilinə gəlincə, türklər yenə də yığmaya dəvət olunurlar.
 
- Hər halda onların damarlarında azərbaycanlı qanı axır...
- Onda bilmirəm. Düzünü deyim ki, yığmaya niyə dəvət olunmamağım barədə ciddi düşünməmişəm. Berti Foqtsa zəng edib deyə də bilmərəm ki, niyə mənə dəvət göndərmirsiz? Onunla işlədiyim müddət ərzində Foqtsun öz işini çox yaxşı bildiyini öyrəndim. O, nəyi necə etmək lazım olduğunu gözəl dərk edir. Mən isə “Sumqayıt”la daha uğurlu çıxış etmək haqda düşünürəm. Azarkeşlərimizi daha çox sevindirmək istəyirəm. Çünki komandamızın oyunlarına paytaxt klublarının matçlarından çox azarkeş gəlir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.