20 avqust 2013 13:48
Qəbələli azarkeşlər hakimin atasının evi qarşısında piket keçirdilər
“Qəbələ”nin azarkeşləri Topaz Premyer Liqasının 3-cü turunun “Sumqayıt”la oyununun baş hakimi olan Orxan Məmmədovun idarəçiliyindən narazı qalıblar. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin fanatları hakimin bəzi qərarlarının mübahisəli olduğunu və məhz bunun nəticəsində “Qəbələ”nin yeni mövsümdə ilk dəfə məğlub olduğunu (1:2) düşünürlər.
Oyundan sonra azarkeşlər Məmmədovun atasının Qəbələdəki evi qarşısında etiraz aksiyası keçiriblər. Bununla onlar referiyə öz narazılıqlarını çatdırıblar.
Maraq üçün onu da qeyd edək ki, Orxanın qardaşı - Tərlan Məmmədov Qəbələ Futbol Akademiyasında məşqçidi.
Maraq üçün onu da qeyd edək ki, Orxanın qardaşı - Tərlan Məmmədov Qəbələ Futbol Akademiyasında məşqçidi.
