21 avqust 2013 01:30
Türkiyə millisində Abdullah Avcını Fatim Terim əvəzləyə bilər
Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Abdullah Avcı istefa verib. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, buna komandanın son oyunlardakı uğursuz çıxışı səbəb olub. Təcrübəli mütəxəssis qarşılıqla razılıq əsasında millidən ayrıldığını rəsmən açıqlayıb.
Qeyd edək ki, Avcının yerinə Türkiyə milli komandasına “Galatasaray”ın çalışdırıcısı Fatim Terimin gətiriləcəyi gözlənilir.
