20 avqust 2013 14:09
Simurq daha bir transfer həyata keçirir
"Simurq" transfer çalışmalarını davam etdirir. Azerisport.az xəbər verir ki, müdafiə xəttini gücləndirməyi qarşısına məqsəd qoyan Zaqatala təmsilçisi daha bir legioner futbolçunu baxışa dəvət etmişdi.
Belə ki, bir neçə gündü "sarı-qaralar"ın düşərgəsində olan israilli İdan Vaytsman məşqçilər korpusu tərəfindən bəyənilib. Onunla 1+1 şərti ilə müqavilə imzalanması nəzərdə tutulub. Bu, Zaqatala klubunun son transferi olacaq.
Qeyd edək ki, bu futbolçunun son klubu “Bnei Sakhnin” olub. O, həmçinin “Hapoel” (Akre) (2005-2007), “Hapoel” (Nazaret İllit) (2007), “Hakoah Amidar Ramat Gan” (2008-2009), “Ashdod” (2009-2010), “Hapoel” (Haifa) (2010-2011) kimi klublarda da top qovub.
