20 avqust 2013 14:25

İnter də hakimliklə bağlı öz narazılıqlarını açıqladı (VİDEO)

“Xəzər Lənkəran” və “Neftçi” klublarının ardınca “İnter” də Topaz Premyer Liqasının üçüncü turunun AZAL ilə oyunu ilə bağlı hakimlikdən narazı qaldığını rəsmi saytı vasitəsilə bəyan edib. Azerisport.az xəbər verir ki, yayılan məlumatda bunlar qeyd olunub:

“Bu görüş komandamızın 1:2 hesablı məğlubiyyətilə başa çatdı. Lakin bu məğlubiyyət bir çox hallarda matçın baş hakiminin birmənalı olmayan qərarlarının nəticəsində baş verdi. “İnter” - AZAL matçında referinin qonaq komandanın xeyrinə təfsir etdiyi mübahisəli epizodlarıyla sizi tanış etmək istəyirik.
 
1. Qonaqların vurduqları birinci qolda eyni anda iki qayda pozulmuşdu. Öncə qonaqların futbolçusu “İnter”in qapıçısı Giorgi Lomayanın qapıçı sahəsinə kobud şəkildə hücum etdi, ancaq məlum olduğu kimi, qapıçı sahəsində qolkiperə istənilən təmas qayda pozuntusu kimi qiymətləndirilir. AZAL-ın futbolçusu topa toxunan anda komandanın digər oyunçusu Viktor İbekoi topu qapıya yönəltdi, lakin aydın görünür ki, G.Lomaya ilə mübarizə aparan futbolçu tərəfindən top ona ünvalanan zaman V.İbekoi oyundankənar vəziyyətdə idi. Beləliklə, qonaqlar bir hücumda iki dəfə qaydanı pozmuşdular, ancaq bütün bunlar hakimə qolu qeydə almasına mane olmadı.
 
2. Birinci hissənin gedişində AZAL-ın cərimə meydançasında daha bir mübahisəli epizod yadda qaldı. Belə ki, Baçana Tsxadadze başıyla topu Vaqif Cavada ötürdü, futbolçu topu saxlamağa və dönməyə çalışdı, lakin qonaqların müdafiəçisi sözün tam mənasında onun qolundan yapışdı və bir neçə saniyə sonra V.Cavadovu yerə sərdi. Ancaq bu epizoddan təqribən 10 metr uzaqlıqda olan hakim buna hər hansı bir reaksiya göstərmədi.
 
3. Vaqif Cavadovla bağlı daha bir epizod ikinci hissədə baş verdi. “İnter”in futbolçusu sol cinahdan keçdi, sonrasa topu rəqibin cərimə zərbəsinə ötürdü, lakin AZAL-ın oyunçusu əlinin köməyilə ötürmənin qarşısını aldı. Bu dəfə də hakimin fiti susdu. Bu epizodda hakim doğru mövqe tutmamışdı və ədalət naminə demək lazımdır ki, o, həmin epizodu çətin dəqiq qiymətləndirə bilərdi. Bununla belə, bu, ona bəraət qazandırmır.
 
4. İkinci hissəyə əlavə edilmiş vaxt gedir. AZAL-ın qapıçısı çıxışda ayağını dizinə qatlayaraq önə çıxarmışdı. Bu hərəkətilə qapıçı komandamızın futbolçusu İvan Benitesə ciddi xətər yetirə bilərdi. Yəqin 2001-ci ildə, “İnter”-“Bakı” komandaları arasında keçirilən matçda Giorgi Lomayanın eyni hərəkətinə görə qapımıza penalti təyin edilməsini xatırlayırsınız. O zaman bəzi futbol mütəxəssisləri və hakimlər qapıçımıza çıxışda doğru oynamağı öyrədirdilər. Maraqlıdır, indi onlar bu epizodla bağlı nə deyəcəklər?
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.