20 avqust 2013 15:27

“Sumqayıta məğlubiyyətin əvəzini Qarabağ və XL-la oyunlarda çıxacağıq”

“Qəbələ”nin müdafiəçisi Rail Məlikovun azerisport.az saytına müsahibəsi
 
- Komandanız “Sumqayıt”la oyunun hakimliyindən narazı qaldı. Ümumiyyətlə, ötən gün nə baş verdi ki?
- İlk qoldan başlayaq: onların futbolçusu yerdə qaldığından biz feyr-pley qaydalarına əsasən dayandıq ki, ona tibbi yardım göstərilsin. Amma “Sumqayıt”ın oyunçuları hücuma keçib bizə qol vurdular. Hətta yerdə qalan zədəli futbolçu da qola sevinməyə qaçırdı. Onlar qola sevinəndə yaxınlaşıb narazılığımı da bildirdim. Ümumiyyətlə, “Sumqayıt”ın oyunçuları özlərini heç də yaxşı aparmadılar. Hər epizodda vaxt aparmağa çalışırdılar. Bizim qapımıza penalti təyin olundu. Mən buna görə hakimliyə nəsə demək fikrində deyildim. Amma niyə rəqib futbolçu da öz cərimə meydançasında əllə oynayanda və ya Viktor Mendini yıxanda hakim susurdu?
 
- Deməli, dünənki məğlubiyyətinizə hakim səbəb olub?
- İlk növbədə özümüz günahkarıq. Uğursuz matç keçirdik. Amma istənilən halda nəticə oyuna görə olmadı. Elə təkcə 100 faizlik qol epizodlarını götürsək, hesab 7:3 bizim xeyrimizə olmalı idi.
 
- Yuri Syomin bu məğlubiyyəti necə qarşıladı?
- O, rəqibi düzgün qiymətləndirmədiyimizi bildirdi. Həmçinin ilk qola görə məni və komanda yoldaşlarımı tənqid etdi. O, sona qədər oynamalı olduğumuzu, rəqibə fikir verməyə borclu olmadığımızı bildirdi.
 
- Bu məğlubiyyət komandaya pis təsir göstərməyəcək ki?
- Heç bir halda. Mövsüm hələ yenicə başlayıb. Qarşıda “Qarabağ” və “Xəzər Lənkəran”la ev oyunlarımız var. Həmin oyunlarda bu məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq. Əsas odu ruhdan düşməyək. Ağdam klubu üzərindəki qələbədən sonra hər kəs “Sumqayıt”a məğlubiyyəti unudacaq.
 
- Bunun üçün yaxşı şans da olacaq. “Qarabağ”ın liderlərindən olan Reynaldo zədəlidi, üstəlik komanda Avropa Liqasının pley-off mərhələsində “Eintracht”la (Almaniya) ağır oyundan çıxmış olacaq...
- Bunlara fikir vermirik. “Qarabağ” kimin oynamasından asılı olmayaraq güclü rəqibdi. Hamı onların ehtiyat qüvvə ilə “İnter”ə necə qalib gəldiklərini yaxşı gördü. Bu üzdən onlarla oyuna ciddi hazırlaşacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.