20 avqust 2013 16:05
Yığmamızın futbolçusu üçün şans! (FOTO)
Almaniyanın “Hannover” klubu ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, komandanın kapitanı, yarımmüdafiəçi Stiv Çerandolo sıradan çıxıb.
Ciddi zədə alan təcrübəli futbolçunun yaxın günlərdə əməliyyat olunması gözlənilir. Bu üzdən onun bərpa prosesi üçün də xeyli vaxt lazım olacaq.
Almaniya mətbuatı Çerandolunun zədələnməsini Azərbaycan yığmasının yarımmüdafiəçisi Ali Gökdemir üçün şans kimi dəyərləndirib. Belə ki, son dövrlər sağlamlığında problemlər olan futbolçumuz artıq sıraya dönüb və komandasına kömək edə biləcək gücdədi.
Lakin “Hannover”in transfer pəncərəsi bağlanana qədər yeni futbolçu alması variantı dı qüvvədədi.
