20 avqust 2013 16:28
Simurq Qarabağdan oyunçu alır
“Simurq” transfer pəncərəsi bağlanana qədər daha bir futbolçu ala bilər. Azerisport.az xəbər verir ki, Zaqatala klubu keçmiş futbolçusu Murad Səttarlını geri qaytarmaq haqda düşünür.
Bu barədə klubun prezidenti Anar Bəkirov məlumat verib. O, saytımıza açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi ilə bağlı yekun qərarın verilmədiyini bildirib:
“Hazırda biz bir neçə gənc futbolçunun namizədliyini gözdən keçiririk. Onların arasında keçmiş futbolçumuz Murad Səttarlı da var. Biz onu “Qarabağ”dan icarəyə götürə bilərik. Amma hələ bununla bağlı yekun qərara gəlməmişik. Hər şey danışıq apardığımız digər gənc futbolçulardan, onların klublarından asılıdı. İstənilən halda yaxın günlərdə onlardan birini heyətimizə qatacağıq”.