20 avqust 2013 16:55

PFL hakimləri qonorardan məhrum etmək istəyir

Azərbaycanın futbol üzrə Premyer Liqasını idarə edən hakimlərə qarşı yeni sanksiya tətbiq edilə bilər. Azerisport.az xəbər verir ki, bu barədə Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev açıqlamasında bildirib.
 
O, Premyer Liqanın oyunlarını idarə edən hakimlərin aşağı bal alacaqları təqdirdə qonorardan məhrum edilmələrini təklif edib: "Hər bir hakimə idarə etdiyi oyunun nəticəsinə görə qiymət verilir. Təklif irəli sürəcəyəm ki, 7-6 baldan aşağı qiymət alan hakimlər oyuna görə qonorar almamalıdırlar".
 
Musayev Premyer Liqanın 2013/2014 mövsümü üçün hakim səhvlərini də şərh edib: "Bizim xeyli gənc, perspektivli hakimlərimiz var. Ola bilər ki, onlar səhvə yol veriblər. Lakin əsas odur ki, qərəz olmasın. Qərəz yoxdursa, hakim səhvlərini bağışlamaq olar".
 
Qeyd edək ki, Premyer Liqanın oyununu idarə edən əsas hakim bir oyuna görə 700 manat, kənar hakimlər 400 manat qonorar alırlar. Hakimlərin oyunu idarə etməsi 10 ballıq şkala ilə qiymətləndirilir: 10 maksimum, 4 minimum bal hesab edilir.
 
Xatırladaq ki, Premyer Liqanın 3-cü turu çərçivəsində oynanılan "Qarabağ" - "Xəzər Lənkəran" oyununda baş hakim Rəhim Həsənovun, həmçinin "Sumqayıt" - "Qəbələ" oyununda isə hakim Orxan Məmmədovun yol verdikləri səhvlərlə bağlı "Xəzər Lənkəran" və "Qəbələ" klublarının rəhbərliyi PFL-ə etirazlarını ünvanlayıblar. (Trend)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.