20 avqust 2013 17:52

Lippert: Qarabağın uğur qazanmaq şansı azdı

Futbol üzrə Azərbaycanın U-21 yığmasının baş məşqçisi, AFFA-nın texniki direktoru Bernard Lippert Almaniya mətbuatına müsahibə verib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis Avropa Liqasında bu ölkənin “Eintracht” və Azərbaycanın “Qarabağ” klubları arasında keçiriləcək oyunlardan danışıb.

“Böyük ehtimalla, “Qarabağ” bu oyunların autsayderidi. Amma Ağdam klubu hazırda çox yaxşı vəziyyətdədi. Onlar üç təsnifat mərhələsini demək olar ki, problemsiz adlaya bildilər. Bu yolda Polşa, İsveç klublarına qalib gəliblər”.

Lippertin sözlərinə görə, “Qarabağ” “Eintracht” üçün zəif rəqib təsiri bağışlasa da, almanlar buna görə arxayınlaşmamalıdılar: “Çox diqqətli oynamaq lazımdı. Heç kim gözlənilməzliklərdən sığortalanmayıb”.
 
Almaniyalı mütəxəssis bu iki klubun çıxış etdiyi ölkə çempionatlarını da müqayisə edib: “Qarabağ” “Eintracht” kimi hər həftə yüksək səviyyəli klublara qarşı oynamaq şansı əldə etmir. Komandanın heyətində səviyyəli legionerlər var. Onlar xüsusilə fərdi keyfiyyətlərinə görə çox güclüdülər. Müxtəlif yığmalarda çıxış edən çoxlu oyunçulara malikdilər. Təxminən 7-8 legioner futbolçusu var”.

Lippert Qurban Qurbanovun yetirmələrinin şansının az olduğunu düşünür: “Fikrimcə, “Qarabağ” ev oyununda qolsuz heç-heçə etməyə çalışacaq, mümkündü ki, qol da vuracaq. Amma bu komandanın uğur qazanmaq şansının az olduğunu düşünürəm. “Qarabağ” çox yaxşı komandadı. Əla futbol sərgiləyirlər. Lakin Almaniya klubu daha şanslı görünür”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.