21 avqust 2013 18:21
Aleksandr Meyer: Bayernlə matçdakı oyunumuzu sərgiləyə bilsək, Qarabağa qalib gələcəyik
Almaniyanın “Eintracht” klubunun yarımmüdafiəçisi Aleksandr Meyer Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında öncə bunları dilə gətirib:
“Çətin oyun olacaq. Amma “Qarabağ”a qarşı da Bundesliqanın son turunda “Bayern”lə oynadığımız kimi oynasaq, onda qələbə qazana bilərik. Mənim qol vurub-vurmamağım önəmli deyil. Daha vacib olan komandamın qələbə qazanmasıdı”.
