21 avqust 2013 18:32
Dörd oyun canlı yayımda
Topaz Premyer Liqasının 4-cü turunun dörd oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, adları aşağıda göstərilmiş qarşılaşmaların hamısını azarkeşlər “İdman Azərbaycan” telekanalından canlı izləyə biləcəklər.
Topaz Premyer Liqası
4-cü tur
23 avqust (cümə)
AZAL – “Sumqayıt”
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Səfər Haşımov
“AZAL Arena” stadionu, 19:00 (canlı, “İdman Azərbaycan”)
24 avqust (şənbə)
“Simurq” – “Bakı”
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
“Şəfa” stadionu, 19:00 (canlı, “İdman Azərbaycan”)
25 avqust (bazar)
“Qəbələ” – “Qarabağ”
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Xaqani Məmmədov
Qəbələ şəhər stadionu, 18:00 (canlı, “İdman Azərbaycan”)
“Xəzər Lənkəran” – “Neftçi”
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Gülağa Cabarov
Lənkəran şəhər stadionu, 20:00 (canlı, “İdman Azərbaycan”).
