21 avqust 2013 18:50

Armin Fe: Komandamdan Qarabağla oyunda ancaq uğurlu nəticə gözləyirəm

Almaniyanın “Eintracht” klubunun baş məşqçisi Armin Fe Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı müəxəssis bu gün Bakıda baş tutan mətbuat konfransında öncə bunları dilə gətirib:
 
- “Qarabağ” bu mövsüm bizə qədər Bundesliqa səviyyəli komandalarla qarşılaşmayıb. Amma buna baxmayaraq, onların taktiki cəhətdən necə güclü komandaya malik olduqlarını bilirəm. Yaxşı baş məşqçiləri var. Yetirmələrimə çətin olacaq.
 
- “Qarabağ” üç il öncə Dortmund “Borussia”sı ilə də üz-üzə gəlmişdi. Yurgen Kloopla Ağdam klubu barədə danışmamısız?
- Xeyr. Mən ondan heç nə soruşmamışam.
 
- Bəs Azərbaycan yığmalarında çalışan həmyerliləriniz – Berti Foqtsla Bernard Lippertdən necə?
- Mən onların “Qarabağ” barədə bizə nəsə deyəcəklərinə şübhə edirəm. Çünki orda onların öz yetirmələri də çıxış edir.
 
- İlk oyunda sizi hansı nəticə qane edəcək?
- Mən komandamdan yaxşı nəticə gözləyirəm. Belə olan halda ev oyununa heç bir əlavə gərginlik olmadan çıxa bilərik. Növbəti mərhələyə, qrupa vəsiqə qazanmaq istəyirik. Bizdən fərqli olaraq, “Qarabağ” bu mövsüm daha çox oyun keçirib və öz oyun ritmini tapıb. Biz isə cəmi iki oyun keçirmişik, onları da məğlub başa vurmuşuq. Bu oyunumuz da çətin olacaq.
 
- Bundesliqadakı uğursuz startın səbəbini nədə görürsüz?
- Bu, cəmi iki oyundu. Biz “Bayern”ə qarşı çox yaxşı oynadıq. Heç-heçəyə layiq idik. Amma baş hakim qolumuzu saymadı.
 
- Ağdam klubuna qarşı necə oynamağa hazırlaşırsız?
- Biz hələ bu komandaya qarşı oynamamışıq. Ona görə bu oyunda nə edəcəyimizi deyə bilmərəm. Heç futbolçularımın da “Qarabağ” barədə ətraflı məlumatı yoxdu. Onlar bütün məlumatları bu axşam alacaqlar.
 
- “Qarabağ”ın heyətində hansı oyunçunu xüsusi qeyd edə bilərsiz?
- Ağdam klubunun heyətində yaxşı futbolçular var. Onlar oynamağı bacarırlar, qısa ötürmələrdən yaxşı istifadə edirlər. Amma kimisə xüsusi qeyd etmək istəməzdim.
 
- Hansı taktikaya üstünlük verəcəksiz?
- Deməyəcəm. Bunu sabah özünüz görərsiniz. Öz kartlarımızı indi sizə açmağım düzgün addım olmaz.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.