21 avqust 2013 18:44
Millimizin baş məşqçisi Bakıya Eintrachtla birgə gəldi
Xəbər verdiyimiz kimi, Almaniyanın “Eintracht” klubu bu gün Bakıya gəlib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”ın rəqibi olan Frankfurt təmsilçisinin futbolçu, məşqçi və rəhbər heyəti ilə yanaşı Azərbaycan paytaxtına yığmamızın baş məşqçisi Bernard Lippert də gəlib.
Ölkəsində olan AFFA-nın texniki direktoru və U-21 millimizin çalışdırıcısı həmyerliləri ilə yol yoldaşı olmağa üstünlük verib.
