21 avqust 2013 19:35
Rəvandan Nəziri açıqlaması
Xəbər verdiyimiz kimi, transfer çalışmalarını davam etdirən "Rəvan” heyəti gücləndirmək yolunda daha bir addım atıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu Azərbaycan milli komandasının üzvü Elhad Nəzirinin keçidini həll edib.
Artıq bu barədə klubun rəsmi saytı da məlumat yayıb. Məlumatda qeyd olunur ki, Rumıniyanın "Petrolul” klubundan ayrıldıqdan sonra azad agent olan gənc müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
