21 avqust 2013 20:17

Uli Ştayn: Qarabağ ikinci Bundesliqa səviyyəli komandadı

Futbol üzrə Azərbaycan yığmasının qapıçılarla işləyən məşqçisi Uli Ştayn Almaniya mətbuatına müsahibə verib. Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan “Eintracht” klubu ilə “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki şanslarını dəyərləndirib:
 
- Azərbaycan futbolu ilə yaxından tanış olan biri kimi, “Eintracht”dan Bakıdakı oyunda nə gözləyirsiz?
- “Qarabağ” kənardan göründüyü qədər pis komanda deyil. Maliyə baxımdan da klub yaxşı vəziyyətdədi. Mən “Qarabağ”ın ikinci Bundesliqa klubları səviyyəsində bir komanda olduğunu deyərdim. Əgər “Eintracht” yaxşı vəziyyətdə olsa, komanda onlar üçün problem olmamalıdı.
 
- Siz niyə belə əmin danışırsız?
- Azərbaycan çempionatını tanıyıram. Premyer Liqanın səviyyəsi elə də yüksək deyil. “Qarabağ” Azərbaycanın bu mövsüm Avropadakı dörd təmsilçisindən mübarizəni davam etdirən yeganə klubdu. Bunun özü də elə nədənsə xəbər verir. Əgər tərəflər arasında yalnız bir oyun keçirilsəydi, Ağdam klubu sürpriz edə bilərdi. Amma indiki vəziyyətdə şans azdı. Çünki qarşıda Frankfurtdakı cavab görüşü də var.
 
- Ağdam klubunun heyətindəki legionerlər barədə nə deyə bilərsiz?
- İki braziliyalı futbolçunu yaxşı tanıyıram. Bu yaxınlarda daha bir braziliyalı ilə müqavilə imzalayıblar. Amma onların bu mövsüm necə oyun sərgilədiklərini görməmişəm. Azərbaycanda bu komandadan çox razıdılar. Lakin çempionat kimi, bu klubun da səviyyəsi diqqət çəkəcək qədər yüksək deyil. İndi daha səviyyəli braziliyalı legionerlər İspaniya, Almaniya kimi ölkələrdə oynamağa üstünlük verirlər, Azərbaycanda yox.
 
- “Qarabağ”ın heyətində xorvatiyalı qapıçı Miro Varvodiç də çıxış edir. Vaxtilə o, Bundesliqada “Cologne” klubunda çıxış edib...
- Köln klubunda o, üçüncü qapıçı kimi çıxış edirdi. Miro yaxşı qapıçı olsa da, digər qapıçı Fərhad Vəliyevdən yaxşı deyil.
 
- “Qarabağ” adətən necə oynayır: ehtiyatlı, yoxsa aqressiv?
- Həm elə, həm belə. Amma daha çox hücum futboluna üstünlük verir. 4-4-2 taktikasıyla oynayırlar. Təbii ki, öz oyun üslubları var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.