21 avqust 2013 20:56
Qurban Qurbanov: Eintrachtla oyunun bütün xalqımız üçün necə vacib olduğunu başa düşürük
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin Almaniya “Eintracht”ı ilə ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları dilə gətirib:
“Mətbuatı izləyirəm. Başa düşürəm ki, bu oyun bütün ölkəmiz üçün necə vacibdi. Bu, bizə əlavə güc verir. Düzdü, rəqibimiz güclüdü. Amma buna baxmayaraq, biz oyuna yaxşı hazırlaşmışıq. Sabah bunu görəcəksiz. Sona kimi mübarizə aparacağıq”.