21 avqust 2013 21:09

Qurban Qurbanov: Onlar bizim bütün futbolçuları çox yaxşı tanıyırlar

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin Almaniya “Eintracht”ı ilə ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında öncə bunları dilə gətirib:

- Mətbuatı izləyirəm. Başa düşürəm ki, bu oyun bütün ölkəmiz üçün necə vacibdi. Bu, bizə əlavə güc verir. Düzdü, rəqibimiz güclüdü. Amma buna baxmayaraq, biz oyuna yaxşı hazırlaşmışıq. Sabah bunu görəcəksiz. Sona kimi mübarizə aparacağıq. Çalışacağıq nəyə qadir olduğumuzu göstərək. Rəqibdən çəkinmirik.
 
- Rəqibin baş məşqçisi “Qarabağ”ı yalnız bu gecə analiz edəcəklərini deyir. Bu, rəqibi düzgün qiymətləndirməmək anlamına gəlmir ki?
- Bu, düzgün məlumat deyil. Onlar bizim “Xəzər Lənkəran”la son çempionat oyunumuzu da izləyiblər. Haqqımızda kifayət qədər məlumat toplayıblar. Bütün futbolçularımızı tanıyırlar. Hətta “Gefle” ilə səfər oyununda daha çox azarkeşə malik olduğumuzdan da xəbərdardılar.
 
- Rəqibdən necə oyun gözləyirsiz?
- “Eintrahct” ötən mövsüm iki taktika ilə oynayırdı. “Bayern” və “Hertha” ilə bu mövsüm baş tutan oyunlarda isə fərqli taktikadan yararlandılar. Biz hər şeyə hazır olmalıyıq. Ucaboylu futbolçuları var. Bu baxımdan da diqqətli olmaq lazımdı. Həm də çox sürətli hücumlar qururlar. Yüksək səviyyəli hücumçulara malikdilər. Təkcə elə Aleksandr Meyer nəyə desən dəyər.
 
- “Eintracht” mərkəzi arenanın qazonundan narazıdı. Bəs siz?
- Əlbəttə, daha yaxşı qazonda oynamağı istərdik. Amma biz bu barədə qətiyyən düşünmürük.
 
- Sabah sizin üçün hansı daha vacib olacaq: Qol vurmaq, ya buraxmamaq?
- Hər ikisi bizim üçün çox vacibdi. İstənilən halda Almaniyadakı oyunda işimiz daha çətin olacaq.
 
- Reynaldonun yerində kim oynayacaq?
- Vüqar Nadirovla Muarem Muaremdən biri. Sabah səhər bizim daha bir məşqimiz olacaq. Vüqar hələ tam hazır deyil. Mümkündü ki, onu ikinci hissədə meydana buraxım.
 
- Bu dəfə də qrup mərhələsinə vəsiqə qazana bilməsəz, bunu fiasko adlandırmaq olar?
- Mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik. Əgər keçməsək, buna nə ad vermək lazım olduğuna siz qərar verərsiz. Hər halda bizim daha böyük uğurlara layiq azarkeşlərimiz var. Buna görə uğur qazanmağı çox istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.