22 avqust 2013 22:51
Qarabağ Almaniya klubuna uduzdu (YENİLƏNİB)
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.
Qeyd edək ki, Qurban Qurbanovun komandası bu turnirin ilkin təsnifat mərhələsində Makedoniya “Metallurg”unu hər iki oyunda 1:0 hesabıyla məğlub etmişddi. İkinci təsnifat mərhələsində isə təmsilçimiz Polşa “Piast”ı ilə qarşılaşdı. İlk oyunda 2:1 hesabıyla qalib gələn təmsilçimiz cavab matçında 90 dəqiqəni 1:2 hesablı yenilgiylə tamamladı və görüşün əlavə vaxtında gələn bərabərlik qolu “Qarabağ”ı üçüncü təsnifat mərhələsinə çıxardı. Nəhayət, üçüncü təsnifat mərhələsində Qurbanovun yetirmələri İsveçin “Gefle” klubunu həm evdə (1:0), həm də səfərdə (2:0) məğlub etməklə, pley-offa yüksəldi.
Bu mərhələdə isə Ağdam klubu Almaniyanın “Eintracht” kollektivi ilə üz-üzədi. Təmsilçimiz bu rəqibi ilə ilk oyunu doğma meydanda keçirdi. Bu üzdən də “Qarabağ” qapısının toxunulmazlığını qorumaq şərti ilə rəqib qapısına mümkün qədər çox qol vurmağa çalışmalıydı. Əks halda səfərdə keçiriləcək cavab görüşündə təmsilçimizin işi daha da çətin olacaqdı. Təəssüf ki, Ağdam klubu uğurlu çıxışının davamını bu oyunda gətirə bilmədi və məğlubiyyətlə üzləşdi.
Avropa Liqası
Pley-off mərhələsi (ilk oyun)
22 avqust
Qarabağ - Eintracht - 0:2 (0:1)
Qollar: A.Meyer, 6 (0:1), A.Meyer, 75 (0:2)
Baş hakim: Şimon Marçinyak (Polşa).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
2. Matçdakı ilk korner vuruşunu qonaqlar qazandılar. Qapı qarşısına ötürülən topu Varvodiç tutur
5. Qonaqlar ilk dəqiqələrdən çox güclü pressinq tətbiq edirlər. Bu üzdən futbolçularımız ötürmələrdə müəyyən səhvlərə yol verirlər ki, onların bəzisi çox təhlühəli alınır
6. Qapı qarşısına ötürülən topu kapitan Meyer saxlamadan tora qovuşdurdu - 0:1
10. "Qarabağ" hələ ki, öz oyununu tapa bilmir
15. Komandamız oyunu tədricən meydanın mərkəzinə keçirməyə başlayıb
17. Y.Flum Gelaşvilini kobudluqla dayandırdığı üçün sarı vərəqə ilə cəzalanır
22. Takaşinin cərimə meydançası daxilindən çox təhlükəli zərbəsi qapı dirəyinə dəyərək meydanı tərk edir
24. "Qarabağ" oyundakı ilk korner vuruşundan yaxşı yararlanmır
28. Oçzipkanın uzaqdan zərbəsi qapıdan yan keçir
35. Takaşi L.Corcu kobudluqla dayandırdığı üçün sarı vərəqə alır
41. S.Flumun zərbəsi qapıdan azca yan keçir
44. Lakiçin çox təhlükəli zərbəsi zamanı Varvodiç komandamızı yüz faizli qoldan xilas edir
45. Qonaqların korner vuruşu zamanı həlledici zərbə qapıdan aralı keçir
45. Aqolli də sarı vərəqə alan futbolçuların sırasına qoşulur
45. İlk yarının əsas vaxtına bir dəqiqə əlavə olunur
45+3. Çumbinyo təhlükəli nöqtədən cərimə zərbəsini boşa verir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Lakiçin zərbəsini Varvodiç zərərsizləşdirir
47. "Eintracht" daha bir korner qazansa da, futbolçularımız diqqətli oynayırlar
55. Almaniya təmsilçisi daha üstün futbol sərgiləməkdə davam edir
60. Komandamızın təsadüfi hücumları o qədər də kəsərli alınmır
60. Kelotsi korner vuruşundan sonra qapıya təhlükəli zərbə endirsə də, dəqiq olmur
61. "Qarabağ"da Q.Qarayevi N.Yusifov əvəzləyir
62. Komandamız daha bir dəyişikliyə əl atır: N.Gelaşvilini U.Kapolonqo əvəzləyir
63. "Qarabağ" oyundakı ən təhlükəli qol epizodunu boşa verir! Rəqib futbolçunun müdafiədəki kobud səhvindən sonra L.Corc topu qarşısına ötürsə də, M.Muarem onu cəmi bir neçə metrlik məsafədən qapıçının üstünə vurur
68. Almaniya klubu daha bir korner vuruşu qazanır. Hər şey komandamız üçün yaxşı qurtarır
69. M.Muaremi V.Nadirov əvəzləyir
69. "Eintracht"da isə Takaşini M.Laniq əvəzləyir
70. Komandamız ikinci hissədə daha fəal oyun sərgiləməyə başlayıb
72. "Qarabağ" oyunda ikinci real qol vəziyyətini yaratsa da, bu dəfə də L.Corcun zərbəsi qapıdan azca yan keçir
73. Daha bir əla hücum təşkil olunsa da, Çumbinyo topu boş qapıya göndərə bilmir
75. A.Meyer özünün və komandasının ikinci qoluna imza atır - 0:2
76. M.Laniq də sarı vərəqə alır
80. Y.Flumu M.Russ əvəzəyir
84. V.Nadirovun möhtəşəm zərbəsi zamanı rəqibi qapı tiri qoldan xilas edir
85. Rodeni Dyapka əvəzləyir
87. Ayqnerin vuruşunda Varvodiç komandasını qoldan xilas edir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
QARABAĞ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 24. Admir Teli, 25. Ansi Aqolli, 10. Muarem Muarem, 16. Leroy Corc, 20. Riçard Almeyda, 70. Çumbinyo, 11. Nikolos Gelaşvili.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 55. Bədavi Hüseynov, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov, 6. Hacı Əhmədov, 17. Vüqar Nadirov, 88. Ulrix Kapolonqo.
EİNTRACHT: 1. Kevin Trapp, 5. Karlos Zambrano, 6. Bastian Oçzipka, 22. Stefano Kelotsi, 23. Anderson Bamba, 8. Takaşi İnui, 14. Aleksander Meyer (k), 16. Stefan Ayqner, 18. Yohannes Flum, 20. Sebastyan Rode, 11. Srdan Lakiç.
Ehtiyat oyunçular: 30. Feliks Vidvald, 4. Marko Russ, 15. Konstant Dyakpa, 7. Yan Rozental, 13. Martin Laniq, 17. Stefan Şrök, 9. Xoselu.
