21 avqust 2013 11:14
Kevin Trapp: Qarabağla ilk oyunda 0:0 bizim üçün uğurlu nəticə olardı
Almaniyanın “Eintracht” klubunun qapıçısı Kevin Trapp Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la oyunları öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, “Bild” nəşrinə açıqlamasında öncə bunları vurğulayıb:
“Ümid edirəm ki, çətin günlərimiz artıq arxada qalıb. Bundesliqanın ilk iki turunda məğlubiyyətlə üzləşdik. Turnir cədvəlində hələlik xalımız yoxdu. Bu da şübhəsiz ki, bizim üçün uğursuz başlanğıcdı. Amma daha vacib olan məqam buna görə komandanın təlaşa düşməməsidi. Uğursuzluqları qısa zamanda unutdurmalıyıq”.
Qolkiper “Eintracht”ın Avropa Liqasında daha uğurlu çıxış edəcəyini düşünür: “Biz çox səylə hazırlaşmışıq. Ötən mövsümdəki oyunumuzla da Avropa Liqasında çıxış etməyə layiq idik. Şadam ki, tezliklə bu turnirə start verəcəyik. Azarkeşlərimizin və bütün regionun eyforiyasından, sevincindən gözəl nə ola bilər ki? Bu üzdən biz də azarkeşlərimizi Avropa Liqasındakı uğurlu çıxışımızla sevindirməyə çalışacağıq”.

Trapp Bakıya səfərdən də danışıb: “Bizi qarşıda Azərbaycana səfər gözləyir. Bu, bizim üçün yeni ölkədi. “Eintracht”ın heç bir futbolçusu hələ indiyə qədər orda olmayıb. Fikrimcə, bu ölkəni görmək hər birimiz üçün maraqlı olacaq. Bilirik ki, “Qarabağ” pis komanda deyil. Onların heyətində yaxşı oyunçular var”.
“Eintracht”ın qapıçısı ilk oyunla bağlı şansları da dəyərləndirib: “Bakıdan yaxşı nəticə ilə dönmək istərdik. Qapıçı kimi hesab edirəm ki, 0:0 heç də pis nəticə olmazdı. Amma əgər qələbə qazansaq, bu, daha yaxşı olardı. Bakıdakı uğurlu nəticə komandada özünəinamı geri qaytarmış olacaq”.