21 avqust 2013 11:37
Diniyev: Eintracht favorit olsa da, Qarabağın uğur qazanmaq şansı var
Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın “Eintracht” klubu ilə oyunlardakı şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Eintracht” güclü komandadı və “Qarabağ”la görüşlərin favoritidi. Fikrimcə, heç kim Bundesliqanı bizim çempionatla müqayisə etməyə hazırlaşmır. Amma uğur qazanmaq üçün şans həmişə olur. Əsas bu şansdan necə yararlanmaqdı. Komandamız ilk oyunda qol buraxmamaq şərti ilə öz ələ düşən imkanlardan maksimum yararlanmağa çalışmalıdı. Belə oyunlarda hər şeyi səfər matçları həll edir. Futbolçuların oyuna köklənməsindən, əhval-ruhiyyədən çox şey asılı olacaq”.
