21 avqust 2013 12:10
Azərbaycan ilk oyununda Belarusla üz-üzə
Litvanın Palanqa şəhərində təşkil olunmuş beynəlxalq ənənəvi turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, yığmamız Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
