21 avqust 2013 12:28
Qarabağ - Eintracht matçı polşalı referiyə tapşırıldı
Futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Eintracht” (Almaniya) oyununu idarə edəcək baş hakim müəyyənləşib. Azerisport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu polşalı Şimon Marçinyak idarə edəcək.
Qeyd edək ki, bu oyun sabah keçiriləcək. Mərkəzi arenadakı matçın start fiti saat 21:00-da səslənəcək.
Bu komandalar arasındakı cavab görüşü isə bir həftə sonra keçiriləcək. UEFA hələlik həmin oyunun hakimini açıqlamayıb.
