21 avqust 2013 12:42
Simurq Bakı ilə oyuna Şəfada hazırlaşır
Topaz Premyer Liqasının növbəti turunda "Bakı"nı qonaq edəcək “Simurq” bir günlük istirahətdən sonra hazırlıqlara start verib. Azerisport.az xəbər verir ki, dünən axşam saatlarında "Şəfa" stadionunda növbəti məşqinə çıxan "sarı-qaralar" iki saata yaxın davam edən çalışmalara əvvəlcə qaçış və isinmə hərəkətləri ilə başlayıb.
Daha sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altnda fiziki gücün artırılmasından ibarət tapşırıqlar yerinə yetirilib. Məşqin əsas hissəsində isə baş məşqçi Georgi Çixradzenin nəzarəti altında topla taktiki və texniki təmrinlər yerinə yetirilib. İkitərəfli oyunla isə hazırlıq tamamlanıb.
Bir müddətdir zədədən əziyyət çəkən Rövşən Əmiraslanov artıq hazırlıqlara qoşulub. Ancaq "Neftçi"lə oyunda zədələnən Tural Axundov hələ də ayağında yüngül ağrılar hiss etdiyindən komandadan ayrı məşq edir. Onun "Bakı" ilə görüşdə meydana çıxıb-çıxmayacağı həkimlərin qərarından asılı olacaq.
Avqustun 24-də, saat 19:00-da Topaz Premyer Liqasının 4-cü turunda "Şəfa" stadionunda növəbti oynuna çıxacaq. Zaqatala təmsilçisinin qonağı isə paytaxtın "Bakı" klubu olacaq.
