22 avqust 2013 00:39
Kəpəzdə yenidən Allahverdiyev dönəmi başlayır
“Kəpəz”in yeni baş məşqçisinin kim olacağı hələ də tam dəqiqləşməyib. Amma azerisport.az saytının əldə etdiyi məlumata görə, yaxın günlərdə bu məsələ öz həllini tapmalıdı.
Böyük ehtimalla Gəncə təmsilçisini Mehman Allahverdiyev çalışdıracaq. Bu klubun tarixindəki ən uğurlu mütəxəssis olan təcrübəli məşqçi yenidən keçmiş komandasının sükanı arxasına keçməyin əleyhinə deyil.
Qeyd edək ki, son mövsümdə elitanı tərk edən və baş məşqçi Mahmud Qurbanovla yollarını ayıran “Kəpəz” bu il Birinci Divizionda yarışacaq. Klub artıq özünə yeni sponsor da tapıb.
