21 avqust 2013 13:23
Bayern - Chelsea matçının UEFA nümayəndəsi Məmmədov olacaq
AFFA-nın baş katibi Elxan Məmmədov beynəlxalq təyinat alıb. Azerisport.az xəbər verir ki, avqustun 30-da, Çexiyanın paytaxtı Praqa şəhərindəki Eden stadionunda keçiriləcək UEFA Super Kuboku uğrunda oyunun UEFA nümayəndəsi Elxan Məmmədov olacaq.
Super Kubok uğrunda oyunda Çempionlar Liqasının son qalibi "Bayern" (Münxen, Almaniya) və ötən mövsüm UEFA Avropa Liqasında ən yüksək nəticəyə imza atmış "Chelsea" (London, İngiltərə) klubları qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
