21 avqust 2013 14:17

Georgi Nikolov: İnter belə startı gözləmirdi

“İnter”in prezidenti Georgi Nikolovun azerisport.az saytına müsahibəsi
 
- “İnter”in mövsümə bu qədər uğursuz başlayacağını heç kim gözləmirdi...
- Bunun səbəbini daha yaxşı məşqçilər korpusu bilər. Mənə isə elə gəlir ki, bizim problemlərimiz hələ avrokubok oyunlarının gedişi zamanı yaranmağa başlamışdı. Bu düşüş Azərbaycan çempionatında da davam etdi. Mümkündü ki, psixoloji amil futbolçulara çox böyük təsir göstərir. İlk üç turdakı rəqiblərimizin bizi oyun baxımından ciddi üstələdiyini deməzdim. Amma hazırda xalsızıq. Biz oyun üslubumuzu da dəyişmişik. Ola bilər ki, bu da müəyyən təsir göstərsin. Hər halda üç oyundu eyni ssenari ilə rastlaşırıq: ilk qolu biz vururuq, sonda məğlub oluruq.
 
- Bəlkə yeni gələnlər komandadan gedənləri layiqincə əvəzləyə bilmirlər?
- Mümkündü ki, onlar hələ oyun üslubumuza tam uyğunlaşa bilməyiblər. Futbolda belə hallar olur. İndi biz çox çətin durumdayıq.Amma bundan çıxış yolu tapılmalıdı. Hesabımızda xal olmaması bizim ürəyimizcə deyil. Biz belə startı özümüz də gözləmirdik. Bu, bizim ümumi hədəfimizə çatmaq şanslarımızı da azaldır. Çünki üç turdan sonra liderdən 9 xal geri qalırıq. Bu, heç də az fərq deyil.
 
- Bu barədə baş məşqçi ilə söhbətiniz olub?
- Hər oyundan sonra məşqçilər korpusu ilə toplantımız olur. Dünən də Sxadadze ilə gördüş, son oyunun epizodlarına baxdıq, müzakirələr apardıq. Əlbəttə, onu da başa düşmək olar. Biz heyəti daha yaxşı gücləndirə bilərdik. Amma məlum olduğu kimi, güclü futbolçular çox bahadılar. Biz isə adətən azad agent olan və yaxşı futbolçu almaq strategiyasına üstünlük veririk.
 
- Sxadadze artıq mümkün istefasına işarə vurur...
- Bu məsələ aktual deyil. İşləmək, yola davam etmək lazımdı. Qarşıda bizi çətin oyunlar gözləyir. Onlar barədə düşünməliyik.
 
- Bəs bu vəziyyətdən necə çıxmağı planlaşdırırsız?
- Mən özüm iddialı insanam. Komandamın mövsümə yaxşı start verməsini çox istərdim. Bu, bizə lazım idi. Amma indi turnir cədvəlinə baxanda xalsız olduğumuza inana bilmirəm. İndi bunu faciəyə çevirmək də düzgün deyil. Toparlanmaq, daha yaxşı oynamaq lazımdı. İstənilən halda, “İnter” daha artığına layiqdi.
 
- Yeni transferlər gözləməyə dəyər?
- Hazırda makedoniyalı hücumçu Naumovski ilə danışıqlar davam edir. Yaxın günlərdə o, tibbi müayinədən keçəcək. Yəqin ki, ondan sonra müqavilə imzalayarıq. Böyük ehtimalla ya 1, ya da 1+1 illik müqavilə imzalayacağıq. Daha bir legionerlə maraqlanırıq. Özüm onun hardan olduğunu, adını dəqiq bilmirəm. Sadəcə, onu bilirəm ki, hücumameylli futbolçudu.

- Hazırkı vəziyyəti “İnter”in fəxri prezidenti Cahangir Hacıyevlə də müzakirə etmisiz?
- Biz tez-tez əlaqə saxlayırıq, futbolla bağlı müzakirələr aparırıq. Aydın məsələdi ki, o da komandanın indiki durumundan razı qala bilməz və daha yaxşı olmasını arzulayır. Rəqiblərimiz də çox gücləniblər. Amma biz əlimizdən gələni edib vəziyyətdən çıxış yolu tapmalıyıq. Başqa yolumuz yoxdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.