21 avqust 2013 14:48
Armin Fe: Qarabağ çoxları üçün ekzotik komanda təsiri bağışlayır
Almaniyanın “Eintracht” klubunun baş məşqçisi Armin Fe Fe Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Almaniya mətbuatına müsahibəsində bunları dilə gətirib:
“Biz ehtiyatlı olmalıyıq. “Qarabağ” çoxları üçün ekzotik komanda təsiri bağışlayır. Amma onlar o qədər də pis deyillər. “Qarabağ” çoxlarının təsəvvür etdiyindən daha yaxşı komandadı. Mən bunu onların oyunlarının videoyazısını izləyərkən də görmüşəm”.
