21 avqust 2013 15:06
Qarabağ - Eintracht oyununa 27 000 bilet satılıb
Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Eintracht” (Almaniya) matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq bu oyuna 27 000 bilet satılıb.
Lakin oyun saatına qədər bütün biletlərin satılması gözlənilir. Hazırda satışda cəmi 1500 bilet qalıb. Daha 1000 bilet qonaq komandanın azarkeşləri üçün ayrılıb. 500 bilet isə VİP-sektorlar çün nəzərdə tutulub.
Qeyd edək ki, “Qarabağ” – “Eintracht” matçı sabah - avqustun 22-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab görüşü isə bir həftə sonra Frankfurtda baş tutacaq.
