21 avqust 2013 15:35
Bahodir Nasimov Neftçidən ayrı düşəcək
Azərbaycan çempionu “Neftçi”nin hücumçusu Bahodir Nasimov Özbəkistan milli komandasına dəvət olunub. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Nasimov yığmasının heyətində DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İordaniyaya qarşı keçiriləcək pley-off oyunlarında iştirak edə bilər. Özbəkistan milli komandası İordaniya yığması ilə sentyabrın 6-da səfərdə, 10-da isə evdə qarşılaşacaq.
Nasimov bu qarşılaşmalara hazırlıq məqsədilə avqustun 28-dən sentyabrın 5-dək və sentyabrın 7-dən 10-dək Daşkənddə təşkil olunacaq təlim-məşq toplanışına da dəvət alıb.
