22 avqust 2013 03:50
Neymar qol hesabını açdı, David Vilya Barsaya qol vurdu, ilk oyun sülhlə bitdi
Futbol üzrə İspaniya Super Kuboku uğrunda ilk oyun keçirilib. Azerisport.az xəbər verir ki, fəxri mükafat uğrunda Azərbaycanın reklam daşıyıcısı olan, Kral Kubokunun son qalibi “Atletico” ilə ölkə çempionu “Barcelona” mübarizə aparır.
İlk oyun Madrid klubunun meydanında keçirilib. Oyunda hesabı bu yay məhz “Barcelona”dan “Atletico”ya keçən David Vilya açıb. Amma onun keçmiş klubuna vurduğu bu qol qələbə üçün yetərli olmayıb. Matçın ikinci hissəsində isə meydana sonradan daxil olmuş kataloniyalıların yeni transferi Neymar ilk rəsmi oyununda qol hesabın açmaqla hesaba tarazlıq gətirib. Beləcə, qarşılaşma sülhlə başa çatıb.
Bu komandalar arasındakı cavab görüşü avqustun 28-də Kataloniyada keçiriləcək.
İspaniya Super Kuboku (İlk oyun)
22 avqust
Atletico – Barselona – 1:1
Qollar: D.Vilya, 12 – Neymar, 66.
