23 avqust 2013 00:14
Abışov oynamadı, Rubin Molde üzərində qələbə qazandı (YENİLƏNİB)
UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun heyətində yer aldığı Rusiyanın “Rubin” klubu da bu turnirdə növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası bu mərhələdə “Molde” ilə mübarizə aparır. Kazanlılar ilk görüşü səfərdə keçiriblər. Qarşılaşma "Rubin"in qələbəsi ilə başa çatıb.
Bu görüşdə Ruslan Abışovun meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Baş məşqçi futbolçumuza ilk 18-likdə yer versə də, o, sonadək ehtiyatda qalıb.
Bu görüşdə Ruslan Abışovun meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Baş məşqçi futbolçumuza ilk 18-likdə yer versə də, o, sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, “Rubin” bundan əvvəlki mərhələlərdə Serbiyanın “Jagodina” və Danimarkanın “Randers” klublarını mübarizədən kənarlaşdırmışdı. Abışov “Randers”lə cavab matçının son dəqiqələrində meydana çıxmaq şansı qazanmışdı.
Avropa Liqası
Pley-off mərhələsi (ilk oyun)
22 avqust
Molde (Norveç) - Rubin (Rusiya) - 0:2
