21 avqust 2013 15:57
Daha üç futbolçumuz Türkiyə klubunda!
Azərbaycanlı futbolçuların Türkiyəyə axını davam edir. Azerisport.az xəbər verir ki, daha 3 azərbaycanlı futbolçu qardaş ölkəyə yollanıb.
Bunlar Haqverdi Həsənov, Ceyhun Fətəliyev və İsrafil Qarayevdi. Onlar “Çorumspor”un düşərgəsində baxışdan keçirlər.
Haqverdi Həsənov ötən həftə keçirilən seleksiya toplanışından uğurla keçib və komandada qalacaq. Ceyhunla İsrafil isə komandanın hazırlıqlarına yenicə qoşulub. Bu futbolçular barədə yekun qərarı baş məşqçi Sunat Güneş verəcək.
Qeyd edək ki “Çorumspor” 1967-ci ildə yaradılıb. Çorumu təmsil edən klub 2012/13 mövsümündə çıxış etdiyi TFF 3-cü liqanın 1-ci qrupunda son üçlüyə daxil olaraq aşağı liqaya yuvarlanıb. Komanda yeni mövsümdə Regional Həvəskarlar Liqasında çıxış edəcək.
