21 avqust 2013 16:16

AFFA Qurban Qurbanov ilə bağlı mövqeyini açıqladı

Qurban Qurbanovun Azərbaycanın futbol üzrə milli komandasına baş məşqçi təyin olunması məsələsinə bu ilin sonunda baxıla bilər. Azerisport.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) vitse-prezidenti Rauf Əliyev "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun milli komandaya rəhbərlik edəcəyi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib:
 
"Son vaxtlar "Qarabağ" klubu kifayət qədər yaxşı oyun nümayiş etdirir, Avropa Liqasının pley off mərhələsinə yüksəlib. Qurban Qurbanov istedadlı cavan kadrdır, "A" və "PRO" kateqoriyalı lisenziyalar alıb. Lakin gözləmək lazımdır, çünki Berti Foqtsun bu ilin sonunadək müqaviləsi var və "Dünya Çempionatı-2014" seçmə mərhələsini yekunlaşdırmalıdır. Mərhələ bitəndən, müqavilə başa çatandan sonra bu məsələyə baxılmalıdır. Hər şey qanun çərçivəsində, sivil formada baş verməlidir".
 
R.Əliyevin sözlərinə görə, milli komandaya elə məşqçi gəlməlidir ki, yığma komanda nəticə göstərsin: "Sevindirici haldır ki, belə kadrlarımız var. Foqts artıq iki mərhələ işlədi, elə böyük nəticələrə nail olmadı. Tendensiya artıq ona doğru getməlidir ki, bizim yerli kadrlar həm klublarda, həm də yığmada olmalıdır. AFFA tərəfindən xeyli sayda praktiki kurslar həyata keçirilir. İstənilən klubdakı oyunçular düşünməlidirlər ki, onlar sabah milliyə qatılacaqlar".
 
Qeyd edək ki, Azərbaycanın futbol üzrə milli yığma komandası "Dünya Çempionatı-2014" seçmə mərhələsində 7 oyundan sonra 4 heç-heçə edərək cəmi 4 xal toplayıb. (Trend)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.