21 avqust 2013 16:32
Elhad Nəziri Petrolulu Premyer Liqa klubuna dəyişdi
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəziri Rumıniyanın “Petrolul” klubu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, buna səbəb onun komandanın baş məşqçisi Kosmin Kontra ilə probleminin olması göstərilir.
Artıq onun yeni komandası da müəyyənləşib. Millimizin üzvü karyerasını bundan sonra Premyer Liqamızda davam etdirəcək. O, “Rəvan”la anlaşıb.
Paytaxt klubu Nəziri ilə bir illik müqavilə imzalayıb.
