21 avqust 2013 16:51
Qədirov: Nəziri ilə Holsteri aldıq, Bayramovla da müqavilə imzalayacağıq
“Rəvan”ın baş məşqçisi Vladislav Qədirov komandanın yeni transferlərindən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Biz Elhad Nəziri ilə bir illik müqavilə imzaladıq. O, komandamıza azad agent statusu ilə keçdi. Rumıniyanın “Petrolul” klubunda problemləri var idi. Bildiyim qədərilə baş məşqçisi ilə münasibətləri qaydasında deyildi. Bu üzdən də yollarını ayırdılar. Bu mövsüm isveçli yarımmüdafiəçi Fredrik Holster də komandamızda çıxış edəcək. “Xəzər Lənkəran”ın sabiq qapıçısı Kamal Bayramov da bizimlə məşq edir. Amma onunla da hələ müqavilə imzalamamışıq”.