21 avqust 2013 17:15
Samir Abasov: Mən qapımıza penalti təyin olunmasını tələb edəsi deyildim ki
“Sumqayıt”ın müdafiəçisi Samir Abasov Topaz Premyer Liqasının 3-cü turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları qeyd edib:
“Razıyam ki, oyunun baş hakimi “Sumqayıt”ın qapısına penalti təyin edə bilərdim. Mən bunu hələ stadionda olarkən gördüm. Amma baş hakim əllə oyunu görə bilməyibsə, buna nə etmək olar? Mən ehtiyat oyunçular skamyasından durub qapımıza penalti təyin olunmasını tələb etməliydim? Futbolda nə qədər belə hallar olub, bundan sonra da olacaq. Digər tərəfdən əgər “Qəbələ” bu qədər güclüdürsə, qələbə qazanmağa, digər epizodlarda qol vurardı. Təyin olunmayan hansısa penalti onlara qələbə gətirəsi deyildi”.
