21 avqust 2013 17:33
Eintracht artıq Bakıdadı (FOTOLAR)
Almaniyanın “Eintracht” klubunun üzvləri Bakıya gəliblər. Azerisport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan bu komanda az öncə Heydər Əliyev adıan Beynəlxalq Hava Limanına eniblər.
Aeroportda nə baş məşqçi Armin Fe, nə də yetirmələri açıqlama verib. Onlar bunu yorğun olmaları ilə izah ediblər. Komanda birbaşa Tofiq Bəhramov adına Respublika stadionuna yollanıb.
Qeyd edək ki, komanda bir qədər sonra mərkəzi arenada son məşqə çıxacaq. Armin Fe isə jurnalistlər üçün mətbuat konfransı keçirəcək.
