21 avqust 2013 18:14

“Qarabağ Eintrachtı keçə bilməsə, bunda ancaq legionerlər günahkar olacaq”

“Sumqayıt”ın müdafiəçisi Samir Abasovun azerisport.az saytına müsahibəsi
 
- Üç il öncə siz “Qarabağ”ın heyətində Avroliqanın pley-off mərhələsi çərçivəsində Dortmund “Borussia”sı ilə oyunların iştirakçılarından olmusuz. Sabiq klubunuz indi yenə oxşar mərhələdə Almaniyanın “Eintracht” klubu ilə üz-üzədi. Şansları necə qiymətləndirirsiz?
- Maraqlı qarşılaşma olacaq. Bu iki komanda arasında yeganə oxşar cəhət Almaniyanı təmsil etmələridi. Qalan bütün komponentlərdə “Borussia” “Eintracht”ı üstələyir. Üç il öncə bizə çox çətin idi. Elə atmosferdə oynamaq heç də asan deyildi. “Eintracht” “Borussia”dan nə qədər zəif olsa da, yenə də Almaniya klubudu və “Qarabağ”a çox çətin olacaq. Baxmayaraq ki, bu komanda yeni mövsümə pis başlayıb, Bundesliqanın startında iki məğlubiyyətlə üzləşib. Bu üzdən rəqib düşərgədə vəziyyət o qədər də yaxşı deyil.
 
- Siz düşünmürsüz ki, həmin məğlubiyyətlər bu komandanı daha da toparlanmağa və “Qarabağ”a qarşı diqqətli oynamağa məcbur edəcək?
- Əksinə, bunu komandamız üçün müsbət hal sayıram. Ola bilər ki, bu amil onlara ev oyununda kömək etsin. Bu üzdən də komandamız Bakıdakı ilk oyunda mütləq uğurlu nəticəyə nail olmalıdı.
 
- İlk oyundan nə gözləyirsiz?
- Ümid edirəm ki, Ağdam klubunun legionerləri belə oyunlara hazırdılar. Onları bura məhz onun üçün çağırıblar. Bütün məsuliyyət onların üzərinə düşəcək. Həmin legionerlərin yoxluğunda da komanda daxili yarışlarda uğur qazana bilirdi. Onlar isə məhz belə oyunlarda lazımdılar. Ümumiyyətlə düşünürəm ki, “Qarabağ”ın futbolçuları rəqibdən çəkinməməlidilər.
 
- “Eintracht” hazırda Bundesliqanın ən zəif klublarından biri hesab olunur. Əgər “Qarabağ” bu komandanı keçə bilməsə, tənqid olunmalıdı?
- Yadıma gəlir, bir neçə il öncə Azərbaycan yığması da “Eintracht” ilə qarşılaşmışdı və 0:1 hesabıyla uduzmuşdu. Onlarla oynamaq olar. Qorxmaq lazım deyil. Onsuz da mən indi desəm ki, tənqid olmamalıdı, siz yenə də nəsə olsa, yazacaqsız. Amma şəxsən mənə elə gəlir ki, əgər komanda bu rəqibini keçə bilməsə, günahkar legionerlər olacaq.
 
- “Sumqayıt”ın Premyer Liqanın son turunda “Qəbələ” ilə oyunu böyük səs-küyə səbəb oldu. Siz bu oyundakı mübahisəli epizodlar barədə nə düşünürsüz?
- Hakimliyin o dərəcədə də bərbad olduğunu düşünmürəm. Ola bilsin ki, hakim nələrisə görməsin. Onda “Xəzər Lənkəran” nə etməlidi ki, “Qarabağ”la oyunda qapılarına heç nədən penalti təyin olundu?
 
- “Qəbələ” isə sizinlə oyunda komanda yoldaşınızın cərimə meydançasında əllə oynadığını və qapınıza penalti təyin edilməli olduğunu düşünür...
- Onlar bunda haqladılar. Mən də bunu hələ stadionda olarkən gördüm. Amma hakim əllə oyunu görməyibsə, nə etmək olar? Mən ehtiyat oyunçular skamyasından durub qapımıza penalti təyin olunmasını tələb etməliydim? Futbolda nə qədər belə hallar olub, bundan sonra da olacaq. Digər tərəfdən əgər “Qəbələ” bu qədər güclüdürsə, qələbə qazanmağa, digər epizodlarda qol vurardı. Təyin olunmayan hansısa penalti onlara qələbə gətirəsi deyildi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.