22 avqust 2013 18:15

"Qarabağın Eintrachtı keçməsi mənim üçün süpriz olmayacaq"

“İnter”in hücumçusu Aleksandr İaşvilinin azerisport.az saytına müsahibəsi
 
- Vaxtilə Almaniya Bundesliqasında çıxış etmiş futbolçu kimi, “Qarabağ”ın Avropa Liqasındakı rəqibi olan Frankfurt “Eintracht”ı barədə nə bilirsiz?
- Bundesliqa Avropanın ən güclü çempionatlarından biridi. Uzun illər Almaniyanın müxtəlif klublarında oynamışam. Ona görə də bu komanda mənə yaxşı tanışdı. “Eintracht”da hətta mənə çox yaxın dost olan futbolçular da çıxış edirlər. Necə də olmasa, bir neçə il eyni ölkədə çıxış etmişik. “Qarabağ”ın rəqibi güclü komandadı. Demək olar ki, bütün mövqelər üzrə yaxşı oyunçulara malikdi. Amma yarımmüdafiə xətti bu komandada həmişə daha güclü olub. Ötən mövsüm onlar Bundesliqada altıncı oldular. Digər Almaniya klubları kimi, “Eintracht” da sürətli futbola üstünlük verir. İlk iki turda məğlub olsalar da, bu, hələ göstərici sayılmamalıdı.
 
- Sizcə də, “Eintracht” favoritdi?
- Kağıza üzərində onlar favoritdilər. Amma “Qarabağ”da bu mövsüm yaxşı kollektiv yaradılıb. Onlar əvvəlki üç mərhələni çox yaxşı şəkildə keçdilər. “Gefle” ilə son oyunu dahayüksək səviyyədə keçirdilər. Mənə elə gəlir ki, ağdamlılar Frankfurt təmsilçisini keçə bilərlər. Amma bunun üçün onların öz oyununu sərgiləməsi lazımdı. Şanslar hələ ki, bərabərdi. Çox şey komandanın bu gün baş tutacaq oyuna necə başlamasından asılı olcaq.
 
- Sizcə, “Qarabağ”a ilk oyunda hansı nəticə sərf edər?
- Əsas qol buraxmamaqdı. İstənilən halda belə oyunlarda vurulan səfər qolu çox böyük əhəmiyyət kəsb edir. Mənə elə gəlir ki, hətta 0:0 da ağdamlıların qrup mərhələsinə çıxmaq şanslarını saxlayacaq. Amma Almaniya klubu həmişə güclü hücum xətti ilə seçilib. “Qarabağ” rəqib komandanın yarımmüdafiə və hücum xəttindəki oyunçuları mütləq zərərsizləşdirməlidi. Ağdam klubu çox gözəl futbol sərgiləyir. Onlar “Eintracht”a qarşı da belə oynamalıdılar.
 
- Siz bu komandalardan hansına azarkeşlik edəcəksiz?
- Uzun illər Almaniyada çıxış etsəm də, hazırda Azərbaycanda, “İnter”də oynayıram. Ona görə də Azərbaycan futbolunda baş verən istənilən hadisə mənə də aiddi. “Qarabağ”a azarkeşlik edəcəm və arzulayacağam ki, bu komanda Avroliqanın qrup mərhələsinə vəsiqə qazansın. Birincisi, onların bu uğuru Azərbaycan çempionatının xeyrinə olacaq. İkincisi, yerli çempionata maraq bir qədər də artacaq. Həm də “Qarabağ”da mənim “Bochum”dakı keçmiş komanda yoldaşım və dostum Nikolas Gelaşvili də çıxış edir. Çox istəyirəm ki, onun işləri yaxşı getsin.
 
- Sizcə, Gelaşvili “Eintracht”a qol vura biləcək?
- Ən əsası odu ki, o, nəhayət Ağdam klubunda qol hesabını aça bildi. Nikolas yaxşı futbolçudu. Mənə elə gəlir ki, o, öz şansını boşa verməyəcək. İnanın ki, futbolda hər şey olur. Sadəcə, “Qarabağ”a inanmaq və dəstək olmaq lazımdı.
 
- Deməli, “Qarabağ”ın “Eintracht”ı keçməsi sizin üçün sürpriz olmayacaq?
- Xeyr. Çünki hər iki komandanın oyununu görmüşəm. Ağdamlıların da nəyə qadir olduğunu bilirəm. İlk oyun üçün “Qarabağ”a çox inanıram. Amma Frankfurtda qazanılacaq qələbə əsl sensasiya sayıla bilər. Yəqin ki, almanlar bu rəqibi asanlıqla keçəcəklərini düşünürlər. Adətən, belə klublar üz-üzə gələndə favoritlər rəqibi düzgün qiymətləndirmirlər. Bu, “Qarabağ”ın işinə yaraya bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.