22 avqust 2013 18:57

Neftçi bəyanat yaydı, tələb etdi!

“Neftçi” bəyanat yayıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun rəsmi saytı vasitəsilə yayılan bəyanatda bunlar qeyd olunub:
 
“Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilmiş “Qarabağ” - “Xəzər Lənkəran” matçında azarkeşlər arasında baş vermiş hadisələrdə  “Neftçi” azarkeşlərinin adının hallandırılması yolverilməzdi. Komandamızın uğurlarına kölgə salmağa çalışan bəzi qüvvələr mətbuat və digər vasitələrlə ictimai rəyi çaşdırmaq istiqamətində çalışırlar. 25.08.2013-cü il tarixində təşkil olunacaq “Xəzər Lənkəran” - “Neftçi” oyunu öncəsi qızışdırıcı mövqe tutan bu qüvvələr iki klub arasındakı münasibətləri korlamaq və azarkeşləri qarşı-qarşıya qoymaq üçün müxtəlif yollara əl atırlar. Azərbaycanda futbolun inkişafına zərbə vurmaq niyyətində olan bu insanlar idmana etnik qarşıdurma kimi ifadələri gətirməklə ictimai asayişi pozmağa səy göstərirlər.
 
“Qarabağ” və “İnter” klublarının UEFA Avropa Liqasında oyunlara yüksək səviyyədə hazırlaşması üçün “Neftçi” rəhbərliyi İ.Qayıbov adına stadionu klubların ixtiyarına vermiş və hər iki klubun rəhbərliyi “Neftçi”yə öz minnətdarlığını bildirmişlər. Bununla yanaşı komandamızın çoxminli azarkeşləri “Qarabağ”ı beynəlxalq oyunlarda dəstəkləyərək onların uğurlarında pay sahibi olublar.
 
“Neftçi” PFK olaraq bir daha bəyan edirik ki, xoşagəlməz hadisələrdə “Neftçi”nin adının hallandırılması futbolumuza deyil, ümumilikdə dövlətçiliyimizə  xələl gətirmək cəhdləridi.
 
“Neftçi” olaraq tələb edirik ki, “Qarabağ” - “Xəzər Lənkəran”  görüşündə azarkeşlər arasında baş vermiş hadisələr tam dəqiqliyi ilə araşdırılsın (əgər varsa videogörüntülərlə) və günahkarlar öz layiqli cəzalarını alsınlar”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.