22 avqust 2013 23:14
Armin Fe: Artıq qrupa vəsiqəni təmin etdiyimizi deməzdim
Almaniyanın “Eintracht” klubunun baş məşqçisi Armin Fe Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Biz bu oyuna ciddi hazırlaşmışdıq. Diqqətli oynamağa çalışırdıq. İlk qoldan sonra oyuna nəzarəti əldə saxlamağa çalışdıq. Amma “Qarabağ” yaxşı oynadı, qol vəziyyətləri də yaradırdı. Xoşbəxtlikdən ikinci qolu da vura bildik. Lakin hələ qrup mərhələsində olduğumuzu deməzdim. Hər şey cavab matçından asılıdı”.
