22 avqust 2013 11:06
Eintrachtın futbolçuları mərkəzi arenanın qazonundan narazı qaldılar
Almaniyanın “Eintracht” klubunun oyunçuları Tofiq Bəhramov adına Respublika stadionunun qazonunu bəyənməyiblər. Azerisport.az xəbər verir ki, bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”ın qonağı olacaq rəqib komandanın üzvləri ötən axşam mərkəzi arenada son məşqə çıxdılar.
Bu zaman Almaniya təmsilçisinin üzvləri qazonun o qədər də ideal vəziyyətdə olmamasından şikayətləniblər. Halbuki, mərkəzi arena təxminən iki həftə idi bağlanmışdı və sırf bu oyuna qədər daha yaxşı vəziyyətə gətirilməsi üçün iş aparılırdı.
